azadses.az » Cəmiyyət » “Karantin müddəti uzandıqca, hökumətdən narazı düşən insanların da sayı artır” - İqbal Ağazadə

“Karantin müddəti uzandıqca, hökumətdən narazı düşən insanların da sayı artır” - İqbal Ağazadə

“Elektoratın genişlənməsi müxalifətin təsir imkanlarını artıracaq, hakimiyyətin üzərində ictimai nəzarəti gücləndirəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə karantin rejiminin müddəti və pandemiyadan sonra yaranacaq siyasi-iqtisdadi vəziyyəti şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Öncə karantin rejiminin müddətinə münasibət bildirən İqbal Ağazadə bildirib ki, bu məsələ barəsində son sözü real vəziyyətlə bağlı bütün informasiyaların toplandığı Operativ Qərargah deyəcək:
“Buna cavab vermək üçün ən azı Operativ Qərargahda toplanmış məlumatlardan xəbərdar olmaq lazımdır. Yoluxmanın faizi nə qədərdir, azalma, yaxud da artım göstəriciləri necədir, indiki mərhələdə dinamika necə inkişaf edir, ölkə iqtisadiyyatı və insan sağlamlığı üçün hansı risklər var? Bütün bu sualların cavabı Operativ Qərargahdadır.
Hər halda, insanlara və iqtisadiyyata ziyan vuran bu vəziyyətin davamlı olmasını hökumət də istəməz. Digər tərəfdən, karantin müddəti uzandıqca, hökumətdən narazı düşən insanların da sayı artır. Hökumətin vəziyyətini ağırlaşdıran əsas məqamlardan biri də ölkədə işsizliyin real səviyyəsi və başqa vacib sahələrə aid statistikanın reallıqdan uzaq olmasının ortaya çıxmasıdır. Bütün bunlar hökumətə əlavə problemlər yaradır”.
Partiya sədri hesab edir ki, karantin dönəmindən sonra dünyanın bütün ölkələrində, o cümlədən, Azərbaycan iqtisadiyyatında müəyyən ağrılı proseslər baş verəcək:
“Karantin rejimindən sonra ortada olacaq siyasi və iqtisadi vəziyyətin hansı şəkil alacağını indidən proqnozlaşdırmaq qismən mümkündür. Vəziyyət sadə olmayacaq. Azərbaycanda bu son iki ayda iflic olmuş sektorlar var. Ümumi yanaşsaq, az qala bütün sektorlar demək olar, iflic vəziyyətinə düşüb.
Yenidənqurma və bərpa, o cümlədən də insanların indiki psixoz vəziyyətdən çıxması üçün müəyyən zaman lazımdır. Karantin rejimi aradan qaldırılandan sonra insanların içindəki qorxu-təşviş hələ bir müddət davam edəcək.
Hazırda ABŞ-da koronavirusun ikinci dalğası başlayıb. Noyabrda yeni bir dalğanın olacağı barədə danışırlar. Ona görə də, iqtisadiyyatın çökmüş sahələrini, xüsusilə, pandemiyadan zərər görmüş sahələrini bərpa etmək o qədər də asan olmayacaq. İndi hökumət sahibkarlara işçilərin ixtisar edilməməsini tapşırır. Lakin karantin bitəndən sonra işçilərin də ixtisarı başlayacaq, sahibkarlar daha ucuz işçi qüvvəsindən istifadə etmək istəyəcəklər. Belə insanların sayı çoxdur.
İnsanların əməkhaqqı və gəlirləri azalacaq, bu fonda işsizliyin səviyyəsi artacaq. Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın önəmli sahələrinə ciddi təsir göstərəcək. İnvestisiya layihələrinə kapital qoyuluşu əhəmiyyətli dərəcədə azalacaq. Bunun nəticəsi olaraq, tenderlərdə itirak edən şirkətlərin dövlətə ödədikləri vergi azalacaq, işçilərin ixtisarı üçün zəmin yaranacaq. Bunu da nəzərə almaq lazımdır”.
İqbal Ağazadənin fikrincə, bəşəriyyət postpandemiya dönəmində yeni dövrə qədəm qoyacaq:
“Bu gün siyasəti diqtə edən yalnız idarəetmə formaları – avtoritar, demokratik – yox, daha çox iqtisadi şərtlərdir. Siyasətin xammalı insan olduğuna görə onun həyat şəraitinə təsir edən iqtisadi vəziyyət hökmən siyasətə bir dinamika, baxış gətirəcək.
O baxımdan, hesab edirəm ki, yeni düzənin yaranması qaçılmazdır. Qloballaşma dünyada hakim mövqəyə çıxacaq. Çindən başlayan bir virus bütün dünyanı sarsıda və bu qədər hökm edə bilirsə, harada yaşamasından asılı olmayaraq, insanları ağır vəziyyətə salırsa, deməli, vəziyyət belə qala bilməz.
“Bu, mənim ölkəmdir, burada bildiyim kimi yaşayıram” tezisinin yalnışlığını, ona bənzər tezislərin tədricən sıradan çıxacağını, qloballaşan dünya anlayışının daha aktual olduğunu və hər kəsin bunu qəbul etmək məcburiyyətində qaldığını hər bir ölkəyə diqtə edəcəklər və həm də bu zaman haqlı olacaqlar.
Hesab edirəm ki, dünya postpandemiya dönəmində yeni dövrə qədəm qoyacaq, dəngələr və düzənlər dəyişəcək. Dünənə qədər gur-gur guruldayan Belarus prezidenti Lukaşenko əhaliyə “pəncərələrinizi açın, torpaqda işləyin, yeri gəlsə, borşla 200 qram araq vurun”, – deyirdi. İndi o Lukaşenko dünyaya yalvarır ki, Belarusa kömək edin.
Putin bildirirdi ki, Rusiya bu bəladan qurtula bildi. Ancaq bu gün koronavirusla bağlı ən acınacaqlı vəziyyətin hökm sürdüyü ölkələrdən biri Rusiyadır. Dünyada baş verənlər əlbəttə ki, Azərbaycana da təsirsiz ötüşməyəcək”.
Azərbaycanda pandemiya dönəmindən sonrakı siyasi vəziyyətlə bağlı partiya sədrinin təxminləri belədir:
“İnsandan kənarda siyasət yoxdur. Narazı insanların sayı çoxaldıqca, müxalifətin etiraz və təsir etmək imkanları genişlənəcək, daha çox elektorat toplayacaq. Elektoratın genişlənməsi müxalifətin təsir imkanlarını artıracaq, hakimiyyətin üzərində ictimai nəzarəti gücləndirəcək. Bununla belə, nəticəni indidən proqnozlaşdırmaq çətindir. Ancaq qeyd etdiyim proseslərin baş verəcəyi şəksizdir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?