Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
- 25-03-2023, 15:48
- İdman
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaqlar.
Məmmədəliyevlə gürcüstanlı Mixeili Baxbaxaşvili, Mirzəyevlə italiyalı Eduardo Mella qarşılaşacaqlar. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.
Böyük Dəbilqə
73 kq
1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)
1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)
81 kq
1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)
1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)
Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.