Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
- 4-03-2023, 11:40
- İdman
Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, 73 kq çəkidə çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində tacikistanlı Bahruzi Xocazoda ilə üz-üzə gələcək.
Eyni çəkidəki Rəşid Məmmədəliyev özbəkistanlı idmançı Şaxram Ahadovla güləşəcək.
Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.