Türkiyədə liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək
- 12-02-2023, 13:38
- İdman
"Hatayspor" və "Qaziantep"in ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm Türkiyə Super Liqasında mübarizə aparmayacağı təsdiqlənib.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bundan əlavə, "Malatyaspor" və "Adanaspor"un I Liqada, "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi bildirilib.
Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda texniki məğlubiyyət (0:3 hesablı) veriləcək.
Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.