Главная > İdman > Türkiyədə liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək
Türkiyədə liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək12-02-2023, 13:38. Разместил: admin |
"Hatayspor" və "Qaziantep"in ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm Türkiyə Super Liqasında mübarizə aparmayacağı təsdiqlənib. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Bundan əlavə, "Malatyaspor" və "Adanaspor"un I Liqada, "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi bildirilib. Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda texniki məğlubiyyət (0:3 hesablı) veriləcək. Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər. Вернуться назад |