Dağıntılar altında qalan türkiyəli deputat həlak oldu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.
Onun meyiti dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.