Bu gün daha bir qrup azərbaycanlı Adanadan Azərbaycana təxliyə olunacaq
- 10-02-2023, 15:20
- Cəmiyyət
Bu gün daha bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Vətənə təxliyə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə avtobusu fevralın 10-da yerli vaxtla saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb.
Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dörd nəfər azərbaycanlı var. Dağılan binaların sayı 6 444 təşkil edir.
Türkiyədən Azərbaycana indiyədək yeddi avtobusla 310 vətəndaşımız təxliyə olunub. Proses davam edir.