Главная > İdman > “Vüqar Həşimov Memorialı-2022”nin afişası “Times” meydanında nümayiş olundu - FOTO

“Vüqar Həşimov Memorialı-2022”nin afişası “Times” meydanında nümayiş olundu - FOTO


10-12-2022, 20:19. Разместил: admin
“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin afişası ABŞ-nin məşhur “Times” meydanında nümayiş olunub.

Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Nyu-York sakinləri yarış barədə məlumatı meydanda quraşdırılmış monitorlar vasitəsilə izləyiblər.

“Vüqar Həşimov Memorialı-2022”də yeddi ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.
Вернуться назад