Karlsen şahmat üzrə dünya çempionu oldu
- 10-12-2021, 22:19
- İdman
Norveçli qrossmeyster Maqnus Karlsen vaxtından əvvəl şahmat üzrə daha bir dünya titulunu təmin edib.
“Azadsəs.az” xəbər verir ki, dünya titulu uğrunda görüşün 11-ci oyununda rus şahmatçısı Yan Nepomnyaşi norveçli Maqnus Karlsenə uduzub.
Bu görüşdən sonra ümumi hesab 7,5: 3,5 hazırkı çempionun xeyrinə olub.
Ruslar üçün bu, artıq matçda dördüncü məğlubiyyət olub.
Qeyd edək ki, turnirin mükafat fondu 2 milyon avrodur.
Xatırladaq ki, bu, Karlsenin beşinci dünya çempionluğu matçıdır. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi reytinqinə başçılıq edən ən gənc şahmatçıdır.