Çempionlar Liqasının üçqat qalibi olan qapıçı “Napoli”yə keçə bilər - FOTO
![](/uploads/posts/2022-08/medium/1660394917_298755783_5758016167623839_2553480379463144087_n.jpg)
Bu barədə İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin jurnalisti Nikolo Skira özünün “Twitter” hesabından məlumat verib.
![](/uploads/posts/2022-08/medium/1660394857_mg_20220813_164631.jpg)
Onun sözlərinə görə, Navas “Napoli”yə keçmək arzusunda olduğunu bildirib. PSJ futbolçunun maaşının bir hissəsini ödəsə, razılıq ləğv oluna bilər.
Qeyd edək ki, 35 yaşlı Navas 2019-cu ildən PSJ-də çıxış edir. Komandanın tərkibində o, iki dəfə çempionluq, Fransa Kuboku və Superkubokunu qazanıb. O, ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, onlardan 10-da qapını toxunulmaz saxlayıb.
Əvvəllər Navas İspaniyanın “Albasete”, “Levante” və “Real” klublarında çıxış edib; Bu komandalarda Çempionlar Liqasının üçqat qalibi, İspaniya Superkubokunun çempionu və qalibi, həmçinin UEFA Superkubokunun üçqat qalibi olub.