"Barselona"da prezidentliyə namizədlər Neymarla əlaqə saxladı
- 14-11-2020, 11:38
- İdman
![](/uploads/posts/2020-11/medium/1605342551_dfvfdv.jpg)
''Report'' "Sport.es"ə istinadən xəbər verir ki, onlar 28 yaşlı hücumçunun növbəti mövsüm üçün planları barədə məlumat əldə etmək istəyiblər.
İddia olunur ki, Neymar Paris təmsilçisi ilə müqaviləsini yeniləmək fikrində deyil və 2021-ci ilin yayında komandadan ayrılmağı düşünür.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. Onun paytaxt klubu sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. "Barselona"da prezident seçkiləri yanvarın 24-də planlaşdırılır.