UEFA Super Kuboku matçı təhlükə altındadır
- 29-08-2020, 08:52
- İdman
İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər.
"Azad Səs" "The Times" nəşrinə istinadən xəbər verir ki, Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.
Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir.
Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb.
Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2.