Главная > İdman / Manset > Çempionlar Liqasının üçqat qalibi olan qapıçı “Napoli”yə keçə bilər - FOTO
Çempionlar Liqasının üçqat qalibi olan qapıçı “Napoli”yə keçə bilər - FOTO13-08-2022, 20:16. Разместил: admin |
![]() Bu barədə İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin jurnalisti Nikolo Skira özünün “Twitter” hesabından məlumat verib. ![]() Onun sözlərinə görə, Navas “Napoli”yə keçmək arzusunda olduğunu bildirib. PSJ futbolçunun maaşının bir hissəsini ödəsə, razılıq ləğv oluna bilər. Qeyd edək ki, 35 yaşlı Navas 2019-cu ildən PSJ-də çıxış edir. Komandanın tərkibində o, iki dəfə çempionluq, Fransa Kuboku və Superkubokunu qazanıb. O, ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, onlardan 10-da qapını toxunulmaz saxlayıb. Əvvəllər Navas İspaniyanın “Albasete”, “Levante” və “Real” klublarında çıxış edib; Bu komandalarda Çempionlar Liqasının üçqat qalibi, İspaniya Superkubokunun çempionu və qalibi, həmçinin UEFA Superkubokunun üçqat qalibi olub. Вернуться назад |