Bakıda Şumaxerin rekordu qırıldı - FOTO
![](/uploads/posts/2022-06/medium/1655038638_20181231-alonso-schumacher.jpg)
Bu barədə çempionatın “Twitter” səhifəsində məlumat verilib.
Alonso yarış seriyasında debütünü 2001-ci ildə Avstraliyadakı mərhələdə edib. 12 iyun 2022-ci il bazar günü o, Azərbaycan Qran Prisində yarışa çıxmaqla alman pilotun nailiyyətini üstələyib.
Beləliklə də, o, Formula1-də artıq 21 il, üç ay və səkkiz gündür ki yarışır.
Şumaxerin karyerası 21 il üç ay davam edib. O, sonuncu dəfə 2012-ci ildə Braziliya Qran Prisində çıxış edib.
Qeyd edək ki, Alonso iki dəfə (2005 və 2006-cı illərdə) dünya çempionu olub. Şumaxerin isə yeddi çempion titulu var.
![](/uploads/posts/2022-06/medium/1655038654_mg_20220612_165523.jpg)