Formula 1 Belçika Qran-prisi yarımçıq dayandırıldı, Ferstappen qalib elan edildi
Belçikanın Spa avtodromunda Formula 1 üzrə növbəti Qran-pri keçirilib.
Yarış cəmi üç dövrədən ibarət olub.
Onun startı güclü yağış səbəbindən bir neçə dəfə təxirə salınıb.
Nəhayət təhlükəsizlik avtomobilinin müşayiəti ilə trasa çıxan bolidlər üç dövrə sonra geri qayıtmalı olub. Yarış qırmızı bayraqlarla dayandırılıb.
Üç dövrədən sonra sıralamada birinci olan “Red Bull” pilotu Maks Ferstappen yarışın qalibi elan edilib. “Uilyams”dan Rassel ikinci, “Mersedes”dən Hamilton isə üçüncü olub.
Mənbə: Sports.ru