Azərbaycan millisi “Srvena Zvezda”nın sabiq baş məşqçisinə tapşırıldı – FOTO
Basketbol üzrə kişilərdən ibarət yığma komandaya yeni baş məşqçi təyin olunub.
Oxu.Az-ın xəbərinə görə, bu postu serbiyalı mütəxəssis Aleksandar Trifunoviç tutacaq.
Ona köməkçi məşqçi qismində litvalı Aurimas Jasilionis yardımçı olacaq.
Qeyd edək ki, baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi 28 iyun - 3 iyul tarixlərində Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.
Xüsəsən qeyd etmək lazımdır ki, yığma komandamızın sabiq baş məşqçisi Samit Nuruzadə əsas millimizə dəstək göstərməkdə davam edəcək. Nuruzadə burada məsləhətçi vəzifəsini icra edəcək.
Trifunoviç 1967-ci il may ayının 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. İdmançı karyerası ərzində Serbiyanın “Srvena Zvezda” (1986-88, 1991-97) və “Atlas” (2000/2001), Xorvatiyanın “Zadar” (1988-91), İsveçrənin “Fribur Olimpik” (1997/98), Polşanın “Şlyonsk” (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.
Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib.
Serbiyalı mütəxəssis 2008/09 mövsümündə Yunanıstanın “Panionios”, 2009/10-da Serbiyanın “Srvena Zvezda”, 2010/11-də Litvanın “Letuvos Ritas”, 2011/12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgirəsun Bələdiyə”, 2017/18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib.
Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.
Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin “Jalqiris” klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub.
Aleksandar Trifunoviç 2012-ci ildə “Jalqiris”lə həm də Baltik liqasının qalibi olub.