“Barselona” ikinci yeri təmin etdi
![](/uploads/posts/2022-05/medium/1652671311_fotojet-2022-05-16t002450_846.jpg)
Kataloniya təmsilçisi 37-ci turda "Xetafe" ilə qolsuz bərabərə qalıb – 0:0
Xalını 73-ə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda ən yaxın izləyicisi “Atletiko”nu (68 xal) 5 xal qabaqlayıb. Bununla da “Barselona” yarışın bitməsinə 1 tur qalmış 2-ci yeri rəsmiləşdirib.
Qeyd edək ki, “Real” bundan əvvəl çempionluğu təmin etmişdi.