Premyer Liqada həlledici matç: “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya biləcəkmi?
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, qızıl, gümüş və bürünc medalçılar məhz sonuncu – XXVIII turda müəyyənləşəcək.
Təbii ki, bütün gözlər çempionatın sonuncu matçına yönələcək. Belə ki, “Neftçi” “Qarabağ”ı Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da qəbul edəcək. Azarkeşsiz keçiriləcək bu oyuna kimi “Qarabağ” 56 xalla lider, “Neftçi” 55 xalla ikincidir. “Neftçi” “Qarabağ”ın yeddi mövsümlük hegemonluğuna son qoymaq və səkkiz ildən sonra çempion olmaq üçün mütləq şəkildə qələbə qazanmalıdır. Çünki hətta heç-heçə belə “Qarabağ”ı çempion edəcək. Çempion olan tərəf doqquzuncu dəfə bu titula yiyələnməklə Azərbaycanın ən çox qızıl medal qazanan klubu adına yiyələnəcək.
Cari mövsüm “Neftçi” iki dəfə “Qarabağ”a səfərdə 2:1 qalib gəlib. “Qarabağ” isə səfərdə “Neftçi”ni 6:0 hesabı ilə darmadağın edib.
Yeri gəlmişkən, bu matçdan sonra Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu da müəyyənləşəcək. Belə ki, burada da bu iki klubun futbolçusu bombardir adına namizəddir. “Neftçi”dən Namiq Ələsgərov 19 qolla liderdirsə, “Qarabağ”dan Mahir Emreli 18 qolla onu izləyir. Bu oyundan sonra qızıl və gümüş medallarla yanaşı, bombardirə də ən çox qol vurduğuna görə fərdi mükafat təqdim olunacaq.
Günün 18:00-da başlayan “Səbail” – “Sumqayıt” və “Sabah” – “Zirə” matçları da önəm daşıyır. Çünki bu matçların nəticəsindən asılı olaraq, “Zirə” və “Sumqayıt”ın bürünc medal qazanmaq şansları var. Hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” 38 xalla üçüncü, “Sumqayıt” isə 36 xalla dördüncüdür. Bu səbəbdən “Sumqayıt” qələbə qazanmaqla bərabər, “Zirə”nin xal itirməsinə ümid edəcək. “Zirə” isə avrokuboklarda çıxışını təmin etmək üçün bürünc medal qazanmağa çalışacaq.
Azərbaycan Premyer Liqası, XXVIII tur
19 may
18:00 “Səbail” – “Sumqayıt”
Baş hakim: Rəşad Əhmədov
Bakı. “ASCO Arena”
18:00 “Sabah” – “Zirə”
Baş hakim: Əliyar Ağayev
Abşeron. “Bank Respublika Arena”
18:00 “Keşlə” – “Qəbələ”
Baş hakim: Rəvan Həmzəzadə
Bakı. “ASK Arena”
20:30 “Neftçi” – “Qarabağ”
Baş hakim: Elçin Məsiyev
Bakı. “Dalğa Arena”
Səbuhi Musayev