azadses.az » İdman » Çempionlar Liqası: Qrup mərhələsində son tur start götürür

Çempionlar Liqası: Qrup mərhələsində son tur start götürür

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start veriləcək.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, VI turun ilk oyun günündə E, F, G və H qruplarında baş tutacaq 8 matçdan sonra pley-offa adlayan və Avropa Liqasına vəsiqə qazanan növbəti komandalar müəyyənləşəcək.
E qrupunda bütün suallara aydınlıq gəldiyindən, oyunlar formal xarakter daşıyacaq.
F qrupunda İtaliya "Latsio"su ilə Belçika "Brügge"si Almaniyanın "Borussiya" (Dortmund) komandasından sonra 1/8 finala növbəti vəsiqənin sahibini müəyyənləşdirmək üçün üz-üzə gələcəklər.
G qrupunda İtaliyanın "Yuventus" klubu İspaniyada "Barselona" ilə liderlik oyununa çıxacaq. Digər matçda Macarıstan "Ferentsvaroş"u Ukraynada "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. Bu görüşün nəticəsi Avropa Liqasına yollanacaq komandanın adına aydınlıq gətirəcək.
Gecənin ən maraqla gözlənilən oyunlarından biri Almaniyada olacaq. H qrupunda yerli "Leyptsiq" İngiltərə təmsilçisi "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirəcək. Eyni - 9 xala malik komandalardan "qırmızı şeytanlar"a heç-heçə sərf etdiyi halda, meydan sahiblərini yalnız qələbə maraqlandırır. Qrupun digər matçında isə heç bir iddiası qalmayan Türkiyə "Başakşehir"i Fransada PSJ ilə qarşılaşacaq.
8 dekabr
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
E qrupu
00:00. "Renn" (Fransa) - "Sevilya" (İspaniya)
00:00. "Çelsi" (İngiltərə) - "Krasnodar" (Rusiya)
Xal durumu: "Çelsi" - 13, "Sevilya" - 10, "Krasnodar" - 4, "Renn" - 1.
F qrupu
21:55. "Latsio" (İtaliya) - "Brügge" (Belçika)
21:55. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Borusssiya" D - 10, "Latsio" - 9, "Brügge" - 7, "Zenit" - 1.
G qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan)
00:00. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya)
Xal durumu: "Barselona" - 15, "Yuventus" - 12, "Dinamo" (Kiyev) - 1, "Ferentsvaroş" - 1.
H qrupu
00:00. PSJ (Fransa) - "Başakşehir" (Türkiyə)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 9, PSJ - 9, "Leyptsiq" - 9, "Başakşehir" - 3.
Turun digər 8 oyunu dekabrın 9-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus" və Portuqaliyanın "Portu" klubları 1/8 finala vəsiqə qazanıblar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yolu keçən qadını avtomobil vurub
  2. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  3. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  4. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  5. Sumqayıtda təlim maşını yanıb
  6. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  7. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  8. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  9. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  10. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib