Üç rekorda imza atdı - Fotolar
- 10-04-2022, 20:49
- İdman
9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. Çempionat gərgin mübarizə, maraqlı görüntülər, idman bayramı ab-havasında keçməsi ilə yadda qalıb.
Kişilər arasında son olaraq körpücük üzərinə çəkisi 89, 96, 102, 109 kq-a qədər və 109 kq-dan çox olan idmançılar çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əli Şükürlü, Dadaş Dadaşbəyli və Rəhman Kazımov qızıl medala sahib çıxıblar.
Azərbaycan çempionatının zirvə məqamı 109 kq çəki dərəcəsində yaşanıb. Bu çəkidə yarışan Dadaş Dadaşbəyli birdən-birə 3 (üç) Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə imza atıb. Atlet birdən qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu – 165 kq-ı 5 kq üstələyib.
Dadaşbəyli təkanla qaldırma hərəkətində də rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran qobustanlı atlet, Azərbaycan rekordu olan 202 kq-ı 1 kq arxada qoyub.
Bununla yanaşı, toplam 373 kq (170+203) nəticə toplayan Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu – 367 kq-ı 6 kq yeniləyib.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.