Главная > İdman > Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək
Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək1-04-2022, 18:25. Разместил: admin |
Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq. “Azadsəs.az” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub. Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək. Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi. Вернуться назад |