“Həyəcan var” - Qurban Qurbanov
- 17-02-2022, 11:33
- İdman
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransanın “Marsel” komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
“Azadsəs.az” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Marsel şəhərində baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyun bizim üçün böyük təcrübə olacaq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik”.
Qurbanovun sözlərinə görə, hər oyundan əvvəl həm futbolçularda, həm də özündə həyəcan olur: “Amma istərdim ki, bu, bizim oyunumuza mənfi təsir etməsin. Rəqibə görə yox, qrupdan çıxan ilk Azərbaycan klubu olduğumuz üçün sevinc həyəcanı var. Hamı səbirsizliklə bu görüşü gözləyir. Belə oyunlar üçün təcrübəmiz var. Qrup mərhələsini aşıb bu cür oyuna çıxmaq bizdə daha çox istək və həvəs yaradır. Amma bunun həddindən artıq olmasını istəmirəm. Çünki komandamın çıxışına mane ola bilər. Balansı qorumağa çalışmışıq. Fikrimiz sırf rəqibin oyun üslubuna və oyunçularına, meydanda nə etmək istədiklərinə yönələcək. İnanıram ki, bu həyəcan bizim xeyrimizə olacaq”.
Baş məşqçi rəqibin matçın gedişində tez-tez oyun sistemini dəyişdiyini söyləyib: “Bu, bizə çətinlik yarada bilər. Çünki bu cür komandalara qarşı nadir hallarda oynayırıq. Rəqib bunu çox məharətlə edir. Daha çox diqqət yetirməli olduğumuz elementlərdən biri budur. Məqsədimiz meydanda öz oyunumuzu göstərməkdir. Hər bir futbolçumuz bu matçın faydasını görəcək və verilən tapşırıqları dəqiqliklə yerinə yetirəcək”