Millimizin baş məşqçisi: “Oyundan 50 faiz razı qaldım”
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandası texniki cəhətdən daha güclü kollektivlə oynayırdı: “Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.
Məşqçinin sözlərinə görə, seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmaq çətindir: “Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.