azadses.az » İdman » Sənan Qurbanov: “Başa düşürük ki, “Soçi” çox ciddi komandadır”

Sənan Qurbanov: “Başa düşürük ki, “Soçi” çox ciddi komandadır”

Keşlə FK-nın baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiya Federasiyasının “Soçi” komandasına qarşı keçiriləcək oyunla bağlı suallara cavab verib.

Baş məşqçimizin mətbuat konfransında dedikləri fikirlərlə sizi tanış edirik.

Maxim Kulikov, Sportbox: Rəqibinizi necə xarakterizə edərdiniz: komandanın güclü və zəif tərəfləri nədir? Soçidəki heç-heçə Keşlə üçün uğurlu nəticə ola bilərmi?

- Bu yaxınlarda Moskvada keçirilən turnirdə Soçinin oyunlarını izlədik. Bu komanda həm müdafiədə, həm də hücumda yaxşı oynayır. İndi üç müdafiəçi ilə oynayırlar. “Rubin”lə son matçda “Spartak”la keçirdikləri ilk görüşlə müqayisədə tamamilə fərqli görünürdülər. Aqressivlik hiss olunurdu, komanda yaxşı oynadı. Rəqib haqqında məlumatımız var. Sabah öz futbolumuzu oynayacağıq. “Soçi”nin çox ciddi bir komanda olduğunu başa düşürük. Heç-heçə, qələbə və ya məğlubiyyətin olacağını zaman göstərəcək.

Yevgeni Moskvin, Novobol, Novorossiysk: Siz uzun müddət Rusiya klubu ilə qarşılaşan və “Krasnodar” ilə iki oyunun cəminə görə 1:5 hesabı ilə məğlub olan “Qəbələ” də çalışmısınız. Həmin görüşlər nə ilə yadda qaldı? “Soçi” ilə ilk oyunda sizin üçün hansı nəticə qənaətbəxş olacaq?

- “Krasnodar”la keçirilən matçları xatırlayıram. O zaman mən “Qəbələ”də Roman Qriqorçukun köməkçisi işləyərkən onlarla qarşılaşdıq. Səfərdə, xatırlayıram, 1: 2 hesablı məğlubiyyətə baxmayaraq yaxşı oynamışdıq. Əlbəttə, fərqli bir nəticə əldə edə bilərdik. Evdə isə böyük hesabla məğlub olmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var.

Yevgeni Moskvin, Novobol, Novorossiysk: Komandanızın qol buraxmadan səfərdə oynaması çox nadir haldır. Azərbaycan Kubokunun finalında belə müdafiə səhvlərə yol verdi. Siz hücum futbolunun tərəfdarısınız, yoxsa rəqib komandada ustalıq çatışmazlığı var? Müdafiə xəttini gücləndirə bildinizmi?

- “Oyunun iki mərhələsi var - hücum və müdafiə və əlbəttə ki, hər ikisində də ideal oynamaq istəyirik. Hətta səfərdə də, həm hücumda, həm də müdafiədə oynamaq istəyirik. Ancaq, əlbəttə ki, müdafiə olunuruqsa, bunu bütün komanda ilə etməliyik, hücumda olsaq, hamı hücum etməlidir. Futbolçularımza demişik ki, Konfrans Liqasında maksimum konsentrasiya ilə oynamalısınız.

Konstantin Perminov, Kuban24: Yəqin ki, rəqibinizi yaxından öyrənmisiniz. Ev sahibi komanda haqqında nə deyə bilərsiniz? Hansı üstünlükləri vurğulayardınız? Komandanızın zəngin Avropa təcrübəsi üstünlük olacaqmı?

- “Keşlə” hər il avrokuboklarda çıxış edir və bu da bir təcrübədir. Sabah bizim heyətdə ilk dəfə avrokubok matçında oynayacaq futbolçular ola bilər.

Roman Şluinski, TASS: “Soçi” ilə oyuna hazırlaşarkən nələrə xüsusi diqqət yetirdiniz? Bu komandaya qarşı xüsusi bir plan olacaqmı?

- Əlbətdə ki, “Soçi”yə qarşı müəyyən plan var və buna da müvafiq olaraq hazırlaşdıq. Sabah necə oynayacağımızı indi deməyəcəm. Sabah çox yaxşı bir komandaya qarşı oynamalıyıq.

Sergey Astaxov, RİA Novosti: Bir çox mütəxəssis və azarkeş komandanızı favorit hesab etmir. Bu fikirlə razısınız? Səfər qolu qaydasının ləğvinə münasibətiniz necədir?

- İki komandanı müqayisə edərkən kiminsə favorit hesab edilməsi olduqca normaldır. Komandamıza inanırıq. Sabah “Soçi”yə qarşı ən yaxşı oyunumuzu göstərməliyik. Heyətdə yaxşı futbol sərgiləyə biləcək futbolçular var. Futbolda hər şey ola bilər. Favorit hesab olunmamağımız normaldır. Hamını təəccübləndirəcək futbol nümayiş etdirməliyik. Bundan başqa, keçən mövsüm səfərdə vurulan qol Kubokda bizə kömək etdi. Düşünürəm ki, oyundakı sürət düşə bilər, amma intriqalar qalacaq. Səfər qolunun ləğv olunmasının müsbət və mənfi cəhətləri var.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”