Vladimir Putin koronavirusa qarşı peyvənd olunub
- 24-03-2021, 01:12
- Dünya
“RİA Novosti” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov bildirib ki, hazırda dövlət başçısı özünü yaxşı hiss edir və sabah onun üçün tam iş günüdür.
Mətbuat katibi Putinin hansı vaksini istifadə etdiyini açıqlamayıb. Sadəcə bildirib ki, Kreml prezidentin peyvənd olunması ilə bağlı foto və video yaymayacaq: “Dövlət başçısı onsuz da rus peyvəndlərinin təbliği üçün çox işlər görür”.