Главная > İdman > “Koronavirusa görə 7 kq arıqladım” - Canni De Byazi
“Koronavirusa görə 7 kq arıqladım” - Canni De Byazi4-01-2022, 11:16. Разместил: admin |
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi koronavirusa yoluxmasından və peyvənd olunmasından danışıb. “Azadsəs.az” xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında peyvəndlərin ona çox köməklik etdiyini bildirib: “Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. Koronavirusa yoluxmaq mənim üçün ağır idi. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Üstəlik, peyvənd olunmağım da mənə çox kömək etdi. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm”. Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb. Вернуться назад |