Главная > İdman > Karlsen şahmat üzrə dünya çempionu oldu
Karlsen şahmat üzrə dünya çempionu oldu10-12-2021, 22:19. Разместил: admin |
Norveçli qrossmeyster Maqnus Karlsen vaxtından əvvəl şahmat üzrə daha bir dünya titulunu təmin edib. “Azadsəs.az” xəbər verir ki, dünya titulu uğrunda görüşün 11-ci oyununda rus şahmatçısı Yan Nepomnyaşi norveçli Maqnus Karlsenə uduzub. Bu görüşdən sonra ümumi hesab 7,5: 3,5 hazırkı çempionun xeyrinə olub. Ruslar üçün bu, artıq matçda dördüncü məğlubiyyət olub. Qeyd edək ki, turnirin mükafat fondu 2 milyon avrodur. Xatırladaq ki, bu, Karlsenin beşinci dünya çempionluğu matçıdır. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi reytinqinə başçılıq edən ən gənc şahmatçıdır. Вернуться назад |