Soçidə çoxmərtəbəli binaların tikintisi qadağan olunacaq
- 10-03-2021, 11:00
- Dünya
“Arqumentı i Faktı” nəşri xəbər verir ki, bu barədə şəhərin vitse-meri Denis Yurkovski məlumat verib.
Onun sözlərinə görə, qadağa Soçinin baş planı hazır olanadək qüvvədə qalacaq.
“Soçinin baş planı aprel ayından etibarən hazırlanmağa başlayacaq. Qadağa isə iyulun 1-dən qüvvəyə minəcək və azı iki il ərzində planın hazırlanması başa çatanadək qüvvədə qalacaq”, -deyə D.Yurkovski bildirib.
Qeyd edək ki, hazırda kurort şəhərində hündürlüyü 12 metrdən çox olmayaraq, 300 kvadrat metr sahəni əhatə edən binaların inşasına icazə verilir.