Главная > İdman / Manset > “The FTX Crypto Cup”: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi
“The FTX Crypto Cup”: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi27-05-2021, 06:56. Разместил: azadses |
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin 1/4 final oyunları keçirilib. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. 1/4 final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb. Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb. Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. Вернуться назад |