azadses.az » İdman » Tahir Gözəl: “Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları bizə təsir etməsin”

Tahir Gözəl: “Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları bizə təsir etməsin”

“Biz uzun illər Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl yeddi il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

O bu gün klubu ziyarət edib. Azərbaycan Premyer Liqasında mövsümün son turunun oyunu – “Neftçi” ilə matçda futbolçulara uğurlar arzulayan Tahir Gözəl onlara inandığını dilə gətirib:

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq. Digər tərəfdən koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin.

Ötən mövsüm yarımçıq qaldı. Komandamız beş aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədi. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi bir oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qruplara qalmağı bacardı. Özü də Vətən savaşının üçüncü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək. Anlayırıq ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq.

Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Komandamıza inamım sonsuzdur. 10-15 il bundan əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl yeddi il avrokuboklarda qrup mərhələsində iştirak edəcək desə, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz “Çelsi”, “Totenhem”, “Arsenal” kimi rəqiblərlə qarşılaşdıq, “Atletiko”nu qrupda saxladıq. Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram”.

Qeyd edək ki, iki gün sonra “Qarabağ” Mərdəkanda “Dalğa Arena”dakı turun son oyununda “Neftçi” ilə çempionluq matçına çıxacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Sumqayıtda təlim maşını yanıb
  4. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  5. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  6. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  7. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  8. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  9. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  10. Qobustanda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib