İngiltərə Premyer Liqası “İdman TV”dən alınır? - AÇIQLAMA
- 10-05-2021, 08:40
- İdman
“İdman TV”nin növbəti mövsümdən etibarən İngiltərə Premeyr Liqası matçlarını yayımlamayacağı iddia olunur. Sosial şəbəkələrdə yayılan iddialara görə, telekanal hazırkı mövsümün qarşıdakı turlarının matçlarını da yayımlamayacaq. Buna telenakanın maliyyə problemi ilə üzləşməsi səbəb göstərilir.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən telekanalın direktoru Rövşən Binnətli qeyd edib ki, sadəcə, bu gün bir matç üçün siqnal gəlməyib:
“Bu məlumatların haradan olduğunu bilmirəm. Amma biz dünən “Liverpul” - “Sauthempton” matçını da yayımlamışıq. Sadəcə bu gün bir matç üçün siqnal gəlməyib. Səbəbini araşdırırıq. Sadəcə görünən odur ki, bizim ödədəyimiz ödənişlər ya bankda yaranan problemdən, ya hansısa səbəbdən onlara çatmayıb. Bu məsələ də hazırda araşdırılır. Rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Çalışacağıq ki, bunu həll edib hər şeyi qaydasına salaq.
Amma konkret İngiltərə Premyer Liqası “İdman Azərbaycan” kanalında yayımlanmayacaq deyə bir şey yoxdur. Müqaviləmiz bir illikdir. 2020/2021-ci illəri əhatə edir. Növbəti mövsümlərdə davam edib-etməcəyimiz rəhbərliyin qərarından asılı olan məsələdir.
Hazırkı vəziyyətdə problem odur ki, ödənişlərdə hansısa çətinlik ortaya çıxıb. İş günü olmadığından biz onlarla əlaqə da saxlaya bilmirik. Amma növbəti günlərdə əlaqə saxlayacağıq və hansı problemin olduğunu biləcəyik”.