Azərbaycan çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq
Bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Buna səbəb Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir.
Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXVI turlarının matçları bir dəqiqəlik sükutla başlayacaq.