“Qarabağ”ın futbolçusu Premyer Liqada 250-ci matçına çıxdı
Oxu.Az xəbər verir ki, yubiley XX turun “Sabah”la görüşünə (2:0) təsadüf edib.
Qara ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan üçüncü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.
Qeyd edək ki, Qara Qarayev Azərbaycan çempionatında 2008/09 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.
Futbolçu keçirdiyi 250 oyunda üç qol vurub.