Главная > İdman / Manset > “Qarabağ”ın futbolçusu Premyer Liqada 250-ci matçına çıxdı

“Qarabağ”ın futbolçusu Premyer Liqada 250-ci matçına çıxdı


15-03-2021, 18:00. Разместил: azadses
“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.
Oxu.Az xəbər verir ki, yubiley XX turun “Sabah”la görüşünə (2:0) təsadüf edib.
Qara ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan üçüncü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.
Qeyd edək ki, Qara Qarayev Azərbaycan çempionatında 2008/09 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.
Futbolçu keçirdiyi 250 oyunda üç qol vurub.

Вернуться назад