"Çelsi"nin baş məşqçisindən istefa açıqlaması
- 9-01-2021, 17:01
- İdman
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Frenk Lempard istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Azad Səs"-in məlumatına görə, 43 yaşlı mütəxəssis "The Guardian" nəşrinə açıqlamasında şayiələrə fikir vermədiyini söyləyib.
O, məğlub olmağı sevmədiyini vurğulayıb: "Nədənsə qorxsaydım, indi baş məşqçi yox, teleekspert işləyərdim. Yaxud da başqa işlə məşğul olardım. Uduzmağı xoşlamıram. İnandığım işi görürəm. Futbolçu karyeramda olduğu kimi, indi də uğur qazanmaq üçün əlimdən gələni edirəm".
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 17 turdan sonra 26 xalla 9-cu pillədə qərarlaşıb.Report