Bakıda insanların heyrətinə səbəb olan qurğunun nə olduğu məlum oldu - RƏSMİ AÇIQLAMA
- 28-10-2019, 17:15
- Hadisə
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında (45 -50 Bar) işləyən 11 ədəd LPG (maye qaz) çənləri (biletləri) gətirilir.
Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, İtaliya/Rumıniya istehsalı olan bulletlərin çəkisi 300 tondan çoxdur, uzunluğu 30-60 metr arasında dəyişir.
LPG bulletlərin beşi Azərbaycana çatıb, biri artıq NEZ istiqamətində aparılır.
Sabah səhər saatlarında birinci Bulletin NEZ ərazisinə gəlməsi gözlənilir.
Qeyd edək ki, NEZ-in modernizasiya də ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaqdır.
Modernizasiya işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır.
Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir.
Buna görə də modernizasiya layihəsi öz mürəkkəbliyi ilə seçilir.