azadses.az » Cəmiyyət » Azərbaycanda universitetlər koronavirusa qarşı dezinfeksiya edilir? - ARAŞDIRMA

Azərbaycanda universitetlər koronavirusa qarşı dezinfeksiya edilir? - ARAŞDIRMA

Ötən ilin dekabr ayından başlayaraq, koronavirus epidemiyası bütün dünyanı təşvişə salıb. 
Azərbaycanda da üç nəfərdə koronavirus epidemiyası aşkarlanıb. Onların vəziyyəti stabildir.
Bəzi qurumlarda təhlükəsizlik tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılıb. 
Azərbaycanda fəaliyyət göstərən universitetlərdə dezinfeksiya işlərinin aparılıb-aparılmamasını öyrənmək məqsədi ilə bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxladıq. 
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə BANM-də əsaslı dezinfeksiya işləri aparılıb:
“Ali Məktəbin hər iki tədris korpusu “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, Ali Məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim keçirilib.
Tədbirdə epidemiyanın tarixi, simptomları və yayılmasının qarşısının alınması yolları, xüsusən tələbələr arasında bu virusun profilaktikası məqsədi ilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib”.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva isə vurğulayıb ki, qurumda sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq xidmətlərin satın alınması məqsədi ilə dövlət satınalmaları haqqında Azərbaycan respublikasının Qanununa uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilir:
“Bu tədbirlərin icrası BDU-nun yataqxanasına da aiddir”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə, universitetdə mütəmadi olaraq ay ərzində bir dəfə dezinfeksiya işləri aparılır:
“Koronavirusla əlaqədar dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib. Universitetin tələbələri arasında və yataqxanalarda epidemiya ilə bağlı şübhəli hal qeydə alınmayıb”.
S.İsgəndərova qeyd edib ki, Təhsil Nazirliyindən bütün təhsil müəssisələrinə ünvanlanan məktubda kütləvi tədbirlərin məhdudlaşdırılması tövsiyə olunub:
“Buna uyğun olaraq hazırda Azərbaycan Texniki Universitetində kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova da bildirib ki, ötən həftə müəssisədə dezinfeksiya işləri aparılıb:
“Universitetin balansında altı tədris binası, dörd klinika, dörd yatqxana, bir idman kompleksi və bir inzibati bina var. Hər birində dezinfeksiya işləri aparılıb”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib