Azərbaycanda virusdan azad əkin materiallarının yetişdirilməsinə başlanılıb
- 15-04-2020, 14:51
- Cəmiyyət
Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir
Azərbaycanda ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetative calaqaltıların alınmasına üzərində tədqiqat işlərinə başlanılıb.
Azad Səs-in məlumatına görə bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan məlumat verilib.
İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirir ki, bitkilərin bu üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir. Tədqiqat işlərinin ilkin müsbət nəticələri əldə olunub. Planlaşmaya görə əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı daha davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha da yüksək olması planlaşdırılır. Meyvəçilik və Çayçılıq ETİ-nun elmi işlər üzrə director müavini Vahid Əliyevin sözlərinə görə, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir. Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.