Prezident Türkiyəyə gedir?
- 18-11-2019, 11:57
- İqtisadiyyat
İlham Əliyevin ən iri layihənin açılışına qatılacağı gözlənilir
Azərbaycan prezidenti İlham Əliyev noyabr ayının sonunda Türkiyəyə səfər edə bilər. Dövlət başçısının noyabrın 30-da açılışı Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasiminə qatılacağı gözlənilir. Bu barədə məlumatı Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz verib.
O, qeyd edib ki, açılışda Azərbaycan prezidenti ilə yanaşı, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulub. Bundan başqa mərasimdə çox sayda əcnəbi rəsminin də iştirakı planlaşdırılıb.
Xatırladaq ki, ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin açılışı 2018-ci il iyunun 12-də olub.
Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək