Şəmkirdə 20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyüldü
- 5-09-2020, 12:25
- Hadisə
''Azad Səs'' Baku.ws-ə istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Əliyeva Suğra ailəsi ilə yaşadığı evdə əri tərəfindən döyülüb.
O, üz və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb.
Qadın ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımi tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Qadın və yaxınları faktla bağlı artıq polisə məlumat veriblər.
Araşdırma aparılır.