Azərbaycanda iki dəfə boşanmış şəxs 17 yaşlı qızı qaçırıb? - DİN-dən AÇIQLAMA
- 28-08-2020, 11:40
- Hadisə
Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, qeyd olunan faktla bağlı araşdırma aparıldığı bildirilib:
“Bu ilin mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gələrək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq, Bərdə Rayon Polis Şöbəsində (RPŞ) müvafiq araşdırmalara başlanılıb.
Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.
Xatırladaq ki, məsələ ilə bağlı sosial şəbəkədəki paylaşımda 17 yaşlı universitetə hazırlaşan qızın 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırıldığı qeyd olunub. Həmçinin, iddia edilir ki, ata qızını geri almaq istəsə də, vermirlər.