Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs saxlanıldı
- 22-03-2023, 17:39
- Hadisə
![Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs saxlanıldı](/uploads/posts/2023-03/641a9d74c9f11641a9d74c9f121679465844568b938c08095903b2c7f1da1d34b578.jpg)
Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.
Xaçmaz polisi tərəfindən araşdırma aparılır.