Qaradağda 14 min manatlıq oğurluq edildi
- 13-02-2021, 12:42
- Hadisə
![](/uploads/posts/2021-02/medium/1613209307_manat_180215.jpg)
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.