Xaçmazda evdən və sexdən 21 min manatlıq oğurluq edilib
![](/uploads/posts/2022-02/medium/1644222478_7c7d34a2-9fae-3908-a45f-2155268d2812_850.jpg)
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il iyulun 7-də rayon ərazisindəki qapı-pəncərə sexlərinin birindən 4 min manat, oradakı seyfdən 10 min manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Qobuqıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılıb.
Bundan başqa, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 7 min manat pul oğurlamaqda şübhəli bilinən Yeni Həyat qəsəbə sakinləri R.Quçadze və E.Çulaqov saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların 2021-ci il dekabrın 4-də Tikanoba kəndi ərazisində Qusar rayon sakini Y.Misirxanova məxsus fermadan 3 baş inək oğurlamaları da müəyyən edilib.