Главная > Hadisə > Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs saxlanıldı
Xaçmaz sakininin əlləri bağlı halda fotolarını çəkib, şantaj edən şəxs saxlanıldı22-03-2023, 17:39. Разместил: admin |
Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb. Xaçmaz polisi tərəfindən araşdırma aparılır. Вернуться назад |