DYP piyada və sürücülərə xəbərdarlıq etdi
- 8-11-2019, 14:24
- Cəmiyyət
"Əgər qəza piyadanın onların günahı ucbatından baş verirsə..."
"Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır". Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sürücü və piyadalara xəbərdarlıq edib.
V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr biz dövlət yol polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir. Bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir. "Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".
Bölmə rəisinin sözlərinə görə, "Yol hərəkəti haqqında qanunun" 40-cı maddəsinin tələblərini görə əgər piyadalar qaydanı pozursa cərimə olunurlar. Lakin məqsəd heç də piyadaları cərimələmək deyil. İnsanların maarifləndirilməsi və təhlükəsizliyin təmin edilməsi əsasdır. "Sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar. Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".