Rüşvət alan yerdə videosu yayılan polis işdən qovuldu VİDEO
- 14-01-2020, 11:35
- Hadisə
Sosial şəbəkələrdə yük avtomobillərindən rüşvət alması barədə videosu yayılan yol polisi işdən azad olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib. O polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Qeyd edək ki, videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi müəyyən edilib. Videoda V. Mehdiyev yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə hər maşına görə 10 manat tələb edir.