Adıyamanda yenə güclü zəlzələ baş verdi
- 27-02-2023, 08:51
- Hadisə
Türkiyədə Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Yeraltı təkanlar yerli vaxtla saat 05:51-də, yerin 8,51 kilometr dərinliyində olub.
İlkin məlumatlara görə, ciddi dağıntılar qeydə alınmayıb. Xilasetmə qrupları ərazidə araşdırmalarını davam etdirirlər.