İtkin düşmüş şəxsin meyiti binanın damında tapıldı
![İtkin düşmüş şəxsin meyiti binanın damında tapıldı](/uploads/posts/2023-02/bina.jpg)
Gəncədə fevralın 17-si itkin düşmüş şəxsin meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, itkin kimi axtarışa verilən 1964-cü il təvəllüdlü Vahid Zarekarın meyiti şəhərin Dədə Qorqud küçəsində yerləşən binanın damında tapılıb.
İlkin baxış zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.