Sumqayıtdakı dənizkənarı parkda meyit tapılıb
- 18-10-2022, 10:48
- Hadisə
![](/uploads/posts/2022-10/medium/1666074639_fotojet-9.jpg)
APA-nın məlumatına görə, hadisə şəhərin dənizkənarı parkında qeydə alınıb.
Əraziyə baxış zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Şəxsin bir neçə gün bundan öncə öldüyü ehtimal edilir.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılıb.